RU
14:38
14335

"Ayağınızı yorğanınıza görə uzadın, ət, balıq, çörək yemiyin" - Deputat Hüseynbala Mirələmov - VİDEO

Ölkədə kommunal xidmətlərin bahalaşması, manatın ucuzlaşması fonunda yaranmış sosial-iqtisadi problemlər ölkə mediasının əsas müzakirə mövzularından biridir. Son zamanlar bir çox deputatlar çıxışlarında isə problemin həllinə dair çağırışlardan daha çox xalqa mesajlar verilir. Sən demə, Azərbaycan xalqı çox yeyəndir və israfçıdır. Onlar xalqı ayağını yorğanına görə uzatmağı, xərcləri azaltmağı tövsiyyə edir.

7news.az xəbər verir ki, belələrindən biri də YAP Xətai Rayon Təşkilatının sədri, deputat Hüseynbala Mirələmovdur. Bu şəxs millət vəkili olmaqla yanaşı həm də qanunsuz bizneslə məşğuldur. Kifayət qədər geniş maliyyə imkanlarına malik olan Hüseynbala Mirələmov xalq üçün "böhrandan çıxış xəritəsi çəkib"

"Ayağını yorğanına görə uzat. Azdırsa az ye, çoxdursa çox ye. Adamlar var ki, ət, balıq, çörək yemir ki, formada qalsın. Demək istəyirəm ki, çox yemək insanı tez qocaldır. Az yemək lazımdır”.

Xalqı arıqlamağa çağıran deputatın özünün çəkisi kifayyət qədər çoxdur. Ona görə də elə bu tövsiyyəyə birinci onun özü əməl etsə daha faydal olar. 

7news.az

 

 


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ