"Ayaks"ın yeni baş məşqçisi müəyyənləşib.
7News.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Frank Burun istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsinə Peter Boş təyin edilib. 52 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
O, Hollandiya təmsilçisində işinə iyulun 1-i başlayacaq.








