RU
14:20
307

"Ayaq üstdə, yoxsa oturaq…" – qadın siyasətçinin "tualet zarafatı" baha başa gəldi

Almaniyada hakim koalisiyaya daxil olan Xristian-Demokrat İttifaqının sədri Anneqret Kramp-Karrenbauer "orta cins üçün tualetlər” haqqında uğursuz zarafatına görə tənqid hədəfinə çevrilib. Bu barədə Almaniyanın "Tagesspiegel” qəzeti məlumat yayıb.

Xristian-Demokratların sədri postunda Angela Merkelin xələfi olan Anneqret Kramp-Karrenbauer fevralın 28-də karnaval vaxtı zarafat edib.

"Belə tualetlər o kişilər üçündür ki, onlar təbii ehtiyaclarını ayaq üstdə, yoxsa oturaq vəziyyətdə ödəmək barədə qəti fikrə gələ bilməyiblər”, – onun uğursuz zarafatı belə olub.

Nəticədə LGBT üzvlərilə yanaşı, öz həmkarları da Kramp-Karrenbauerdən üzr istəməsini tələb ediblər. Yaşıllar partiyasının liderlərindən olan Annalena Baerbok deyib ki, üzr istəməsə, deməli, onun söylədikləri zarafat olmayıb, deyilənlərin bunun arxasında daha böyük səbəb dayanır. Bu partiyadan olan deputat Sven Lemann da Xristian-Demokratlar İttifaqının rəhbərinə üzr istəməsi tələbilə məktub yazıb.

"Solçular”ın deputatı Ditmar Barç isə "Twitter” hesabında yazıb ki, bu qadının səsləndirdiyi fikir onun kansler olmaması naminə mübarizə aparmaq üçün daha bir ciddi səbəbdir.

Ötən ilin dekabrında Bundestaq bütün rəsmi sənədlərdə, o cümlədən doğum haqqında şəhadətnamədə çins qrafasında "qadın” və "kişi” ilə yanaşı, üçüncü variantın ("başqa”) da qeyd olunması barədə qanun qəbul edilib./ bizimyolinfo

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ