Amerikalı Zek Rul adlı gənci dünyanın ən əzmkar insanlarından biri adlandırmaq olar.
Fiziki qüsurlu olsa da, fiziki göstəriciləri ilə hər kəsi təəccübləndirən amerikalı əlverişsiz şəraitə baxmayaraq, müntəzəm ağır məşqlər edir.
Ayaqları olmayan Zek əlil arabasına məhkumdur. Gücü qollarına verən 28 yaşlı şəxs məşq edərək əzələlərini kifayət qədər inkişaf etdirə bilib. İdman ustasına çevrilən Zek indi başqalarına da necə məşq etməyin yollarını öyrədir.
Sən demə, onu bu cür məşq etməyə, başqalarından asılı qalmamağa sövq edən qardaşı olub. Əvvəllər, tez-tez qardaşı Çerildən əşyaları onun əlinin çatdığı yerə qoymasını xahiş edən Zek sonda rədd cavabı alıb. Bundan sonra bütün diqqətini gimnastik hərəkətlərə və ağır ştanqlarla məşqlərə yönəldən fiziki qüsurlu gənc öz həyatında yeni bir cığır açmağa müvəffəq olub.
Zek Rul öz uğuru ilə başqa fiziki qüsurlu amerikalılara nümunə olub.
Təsadüfi deyil ki, onun işlətdiyi idman zalına gələnlər arasında məhz hərəkət qabiliyyəti müəyyən qədər məhdud olan insanlar əksəriyyət təşkil edir./atv
7news.az








