RU
Ayaqları yoxdur, amma
13:11
1851

Ayaqları yoxdur, amma

Ayaqları yoxdur, ancaq güləşlə məşğul olur. ABŞ-ın Edmond şəhərində yaşayan 17 yaşlı Castis Entuayn  dünyanın ən fərqli güləşçilərindən biridir. Hər iki ayağından da məhrum olan gəncin sağlam insanlarla güləşməsi, onu xəbər mövzusuna çevirib.

ABŞ-da güləşlə peşəkar şəkildə məşğul olmaq istəyənlərin çəkisi minimum 50 kiloqram olmalıdır. Castisin çəkisi 50 kq-dan çox olduğundan onun güləşlə məşğul olmasına heç nə mane ola bilməyib, hətta ayaqlarının olmaması da.

Bu vəziyyətdə güləşlə müntəzəm məşğul olan gənc, hətta yarışlarda da iştirak edir. Nə qədər qəribə səslənsə də,  bu vaxtadək bir neçə dəfə qələbə də qazanıb.

Ayaqları olmayan güləşçi deyir ki, qarşılaşmanın nəticəsindən asılı olmayaraq o, hər dəfə özünü qalib kimi hiss edir. Bunda rəqib güləşçilərin də rolu böyükdür.

Bu il 9 qələbəyə imza atan güləşçi yeddi il əvvəl ağır tibbi əməliyyatdan sonra hər iki ayağıdan məhrum olub. Həkimlər onun sağ qalması üçün ayaqlarını amputasiya etmək məcburiyyətində qalmışdı. Onun bu vəziyyətdə həyatdan inamla yapışması, sağlam insanlara belə meydan oxuması hər kəsin marağına səbəb olub. Çoxlarına nümunə göstərilən Castis deyir ki,  onu güləşə cəlb edən kiminləsə güc yarışına çıxmaq həvəsi yox, məhz dostluq olub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ