RU
Ayaqqabı almaq adı ilə evdən çıxan qadın oğlunu öldürüb, intihar etdi - FOTO
16:30
616

Ayaqqabı almaq adı ilə evdən çıxan qadın oğlunu öldürüb, intihar etdi - FOTO

Ərinə oğlumuz üçün ayaqqabı almağa gedirəm deyən qadın dəhşətli cinayət törədib.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, o, 4 yaşlı övladını öldürdükdən sonra canına qəsd edib. Dəhşətli olay İtaliyanın Turin şəhərində yaşanıb.

43 yaşlı Viviana Parisi əri Daniele Mondelloya alış-veriş üçün evdən çıxdığını söyləsə də, o, avtomobili Messina-Palermo magistral yolu istiqamətində sürüb.

Qadın övladını öldürdükdən sonra körpüdən özünü atıb. İlkin ehtimallara görə, qadın azyaşlı oğlunu boğaraq öldürüb.

Viviana evdən çıxarkən mobil telefonunu özü ilə aparmayıb.
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ