Sosial şəbəkələrdə hər kəsi qəzəbləndirən ailə dramı yaşanıb.
Sonxeber.az xəbər verir ki, ailəsi dağılan cütlük Atv-nin "Bizimləsən" layihəsində üz- üzə gəlib. Ata ilə ana övladlarının hansı tərəfdə qalması üçün mübahisə ediblər.
Qadın içki düşkünü olduğu üçün ərindən ayrıldığını, kişi isə uşaqlarını göstərmədiyi üçün arvadından şikayətçi olduğunu bildirib.
Qadın əri barədə danışarkən "Mənə ayaqqabısını sildirirdi və bağını gec bağlayan kimi təpiklə başıma vururdu" deyərək açıqlama verib.
7NEWS.Az








