Xalq artisti Aybəniz Haşımova "O səs Türkiyə" dən uzaqlaşdırılan tələbələrinə təsəlli mesajı ünvanlayıb.
Sosial şəbəkədə bu barədə paylaşım edən xalq artisti tələbələrinə dünyanın ən qüdrətli sənətkarları ilə böyük səhnələrdə yarışa biləcək səsə və istedada malik olduğunu bildirib:
"Bu da belə həyatdır, daş-kəsəyi mütləq olacaq. Amma siz heç vaxt yıxılmayacaqsınız. Çünki sizin dahi Şövkət Ələkbərova kimi məktəbiniz, istedadınız, əvəzsiz səsiniz var. Sizinlə fəxr edirəm, əziz tələbələrim".
Xatırladaq ki, "O səs Türkiyə" yarışmasından 5 ən güclü azərbaycanlı ifaçılar kənarlaşdırılıb. Onların arasında xalq artisti Aybəniz Haşımovanın tələbələri Zülfi Əsədov, Müşfiq Əliyev də var. //musavat.com
7News.az








