RU
Aybəniz Haşımova şəhid ərinin məzarını ziyarət etdi - “Gözün aydın!“
21:26
798

Aybəniz Haşımova şəhid ərinin məzarını ziyarət etdi - “Gözün aydın!“


Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

 

7news.az xəbər verir ki, sənətçi şəhid olan həyat yoldaşının məzarını ziyarət edib. O, ərinin məzarı üstə ona gözaydınlığı verib:

"Gözün aydın, Xalid. Ağdərə, Qarabağ uğrunda savaş gedir. Sən görsən oğullarımız torpaqlarımız uğrunda necə şücaət göstərir. Bu sənin ən böyük arzun idi".

Qeyd edək ki, sənətçinin həyat yoldaşı Xalid Quliyev 1992-ci il Qarabağ döyüşündə şəhid olub

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ