ATV-də yayımlanan "10-dan sonra” verilişinin dünənki qonağı Azərbaycan Respublikasının əməkdar artisti , yeni yaradılan Sənət Akademiyasının rəhbəri Aybəniz Haşımova olub. Verilişdə A.Haşımova ilə birgə onun qızı Aynişan, ailə üzvləri və Sənət Akademiyasının tələbələri iştirak edib.
Olduqca maraqlı anlar, unudulmaz musiqilərimizin peşəkar təqdimatı ilə yadda qalan verilişdə A.Haşımova özünün yazdığı şeiri də səsləndirərək hamını kövrəldib.
//Editor.az
7News.az