ABŞ-ın Alyaska ştatında, Feyrbenks bölgəsindəki Çena çayında qəribə olay yaşanıb.
"Bureau of Land Management" departamentinin əməkdaşı Kreyq MakKe çay sahilində olarkən suda buzların çox qəribə formada üzdüyünü görüb.
O, çayda buz parçalarının sıralanarq üzməsinin qeyri-adi hadisə olmadığını vurğulayıb.
Olayın videosunu Facebook-da paylaşan MakKe yazıb: "Məncə, bu, kəndir parçasına yapışmış buz parçaları idi. Sudakı axın da kəndiri qıvrılmağa vadar edib".
Lakin Facebook istifadəçiləri bu buz parçalarının mistik, qeyri-adi canlı olduğuna şübhə etmədiklərini yazıblar.
Uzunluğu 1,5 metr olan bu "canlı"nın videosu sosial şəbəkələrdə surətlə yayılır və müzakirə olunur.
7News.az
Videonu izləmək üçün şəklə klikləyin:










