RU
Aydın Əliyev işdən azad edilmiş əməkdaşlarının sayını açıqladı
13:06
470

Aydın Əliyev işdən azad edilmiş əməkdaşlarının sayını açıqladı

Özbəkistan və Laos gömrük xidmətlərinin rəhbərləri Azərbaycana səfər edəcəklər. 

Bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, səfərin əsas məqsədi qarşıdakı illərdə əməkdaşlığın genişləndirilməsidir.
Komitə sədri, həmçinin bildirib ki, ötən il DGK-nın 27 əməkdaşı işdən azad edilib:

"2015-ci ildə 257 əməkdaş, 2016-cı ildə 246 əməkdaş cəzalandırılıb. Bunlardan 27-si işini itirib. 84 nəfər isə öz ərizəsi ilə işdən azad olunub”./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ