RU
Aydın Mirzəzadə seçiciləri ilə möhtəşəm görüş keçirdi
23:16
866

Aydın Mirzəzadə seçiciləri ilə möhtəşəm görüş keçirdi

Görüşü YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov açaraq qarşıdan gələn parlament seçkilərində Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında məlumat verdi.

 

“Yeni hədəflərə doğru” seçki şüarı ilə seçkilərə gedən partiya seçicilərin aktual maraqlarını daima müdafiə edəcəyini, əvvəlki çağırışlarda parlamentdə olan YAP üzvlərinin ənənələrinin davam etdirəcəklərini bildirdi.
.
Cavanşir Yusubov Yeni Azərbaycan Partiyası tərəfindən 47 saylı seçki dairəsindən Milli Məclisə deputatlığa namizədin tərcümeyi halı və platforması haqqında məlumat verdi.

Şəhər partiya təşkilatı təbliğat qrupunun rəhbəri profesor Əyyub Əyyubov, şəhər ağsaqqalı Qurban Əliyev, seçicilərdən Elyar Mustafayev, Mahir Məlikov, gənc fəal Eldar Dərişov çıxış edərək partiya namizədini dəstəklədiklərini bildirdilər.

7News.az-ın məlumatına görə Millət Vəkili görüşlə bağlı öz təəssüratlarını paylaşdı. “Məndə öz növbəmdə çıxış edərək mənə göstərilən yüksək etimada görə Yeni Azərbaycan Partiyasına təşəkkür etdim. Deputat olduğum dövrdə daima seçicilərlə əlaqə saxladığımı, seçicilərin istəyinə uyğun olaraq və əqidəmdən irəli gələrək prezident İlham Əliyevin siyasi kursunu müdafiə etdiyimi bildirdim.”

Sonda ayrı-ayrı vətəndaşların müraciətlərini dinlənildi.

7News.az

 754

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ