RU
Aydın Mirzəzadə xarici qonaqlarla
11:11
1709

Aydın Mirzəzadə xarici qonaqlarla

7News.az-ın məlumatına görə bu barədə millət vəkili öz şəxsi səhifəsində fotolarla birlikdə şərh paylaşıb. Şərhi təqdim edirik: 

"2-3 sentyabr tarixində Asiya siyasi partiyaları konfransı qadın qolunun Bakıda keçirlən konfransının Rusiyadan olan nümayəndələri bazarların birində olmaq arzularını bildirdilər.
Bu gün səhər Rusiya Dövlət Dumasının deputatı Olqa Krasilnikova və Tataristan Prezidentliyinə namizəd, Kazan şəhər məclisinin depuatatı Ruşaniyyə Bilyatdinova ilə birlikdə Təzə Bazarda olduq.
Qonaqlar bazar bolluğundan, meyvələrin, tərəvəzin, quru meyvələrin tamından, kəklikotu, mixək iyindən valeh oldular. Bakı pamidoru, xiyarı, kiçik badımcanlar onların yaxşı mənada təəccübünə səbəb oldu. Xeyli alver etdilər, şəkil çəkdirdilər.
Bazar satıcıları da xalqımızı yüksək səviyyədə təmsil etdilər. Mallarının tamına baxdırdılar, qiymətdə düşdülər, hətta çay da təklif edirdilər."

7News.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ