Noyabrın 9-da Meşginşəhrdə irqçiliyə qarşı keçirilən yürüşdə tutulan azərbaycanlı fəal aclıq aksiyasına başlayıb.
Yaxalanarkən təhlükəsizlik qüvvələri tərəfindən döyülən Aydın Zakirinin sağlamlıq vəziyyəti yaxşı deyil, o yaxalandığı saatdan aclıq aksiyasına başlayıb.
Qeyd edək ki, Aydın Zakiri Meşginşəhrin "Orta çaharrah" məntəqəsində təhlükəsizlik qüvvələri tərəfindən döyülərək yaxalanıb. Məlumata görə, məmurlar ilk öncə fəalı dəyənəklə baş nahiyəsindən vurublar. Fəalı vuran məmurların sayı azı 10 nəfər olub./milli
7news.az








