Ayı tamaşaçıların gözü önündə təlimçiyə HÜCUM ETDİ - VİDEO
Kareliya sirkində dəhşətli anlar yaşanıb.
7News.Az-ın life.ru-ya istinadən verdiyi xəbərə görə, tamaşa zamanı ayı gözlənilmədən təlimçiyə hücum edərək parçalamaq istəyib. Ayını sirk artistindən kənarlaşdırdıqda, o, izləyicilər tərəfə getmək istəyib, lakin heyvanı tez bir zamanda sakitləşdiriblər.
Sosial şəbəkələrdə yayılan həmin görüntüləri oxuculara təqdim edirik.