Ayılar gölə düşən canavarı diri-diri parçalayıblar.
7News.Az xarici mətbuata istinadla xəbər verir ki, heyvanxananın gölünə düşən canavarı ayılar parçalayaraq yeyiblər.
Həmin anları zoopark ziyarətçiləri mobil telefonla kameraya çəkiblər.
Kadrlarda sürüdən ayrı düşən canavarın ayılar tərəfindən parçalanması və digər canavarın ona kömək etməyə çalışması əks olunub.
Hadisə Hollandiyada, Dierenrijk heyvanxanasında baş verib.
Heyvanxanın müdiri açıqlamasında bildirib ki, heyvanlar illərdir eyni qəfəsdə yaşamasına baxmayaraq ilk dəfə belə bir hadisə baş verib.
7News.Az











