RU
Aynurə İsmayılova:
23:40
341

Aynurə İsmayılova: "Balamın qatili tək İlkin deyil. Murad və Süleymanın da bu cinayətdə əli var"

Ötən ilin noyabr ayında Tovuz rayonunun Dondar Quşçu kəndində  yandırılaraq qətlə yetirilən Nərmin Quliyevanın ailəsi cinayətdə şübhəli bilinərək həbs edilən kənd sakini İlkin Süleymanovun yaxınlarının ittihamlarından yorulduqlarını və bu cinayətdə İlkinin bəzi yaxınlarının da əli olduğunu bildirib.
 
Nərminin anası Aynurə İsmayılova 7NEWS.az-a bildirib ki,qətldə İlkin Süleymanovun əmisi Süleyman və onun oğlu Muradın da əli var

"Süleyman hardan bilirdi mənim uşağım hamilədir. O, uşağın bədənində göy ləkələr olduğunu deyir. Mən onun anasıyam. Mən görmədim o ləkələri, Süleyman hardan gördü?Çıxsın millət qarşısında sübut etsin ki,mənim uşağım hamilədir. İlkinin bacısı Kəmalə  məni təhdid edir məni  yox edəcəyini deyir. İlkinin qohumları kənd camahtına pul verib yazdırırlar ki,guya İlkin günahsızdır. İlkiniin günahı var ki, onu həbs ediblər. Süleyman və Murad  İlkinin qohumları bunların da bu cinayətdə əli var. İlkinin əmisi oğlu Murad tamami ilə kənddə yoxdur.Yoxa çıxıb. Mənə deyirlər uşağın məzarını açdıracam.Siz kimsiz mənim uşağımın məzarını açdırasız. Mən xahiş edirəm bu şəxslərdə məsuliyyətə cəlb olunsun" - deyə Y.İsmayılova bildirib.

Nərmin Quliyevanın atası Şərif Quliyev isə deyib ki, qarşı tərəf onun dünyasını dəyişən övladının ruhu ilə oynayır.

"Qarşı tərəf bizi qıcıqlandırır. Özü də məqsədli şəkildə. Bir ara yalan xəbərlər yaydılar ki, guya bizə ev, pul veriblər. Bizə kim, hansı pulu verib? Gəlsin sübut etsinlər. Mənim uşağımın ruhu ilə oynayırlar. Onlar utanmalı və danışmamlıdırlar" - deyə Ş.Quliyev qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ