Aysun İsmayılova cəsarətli açıqlama edib.
Tarix Əliyevin "Youtube" layihəsi olan "Səmimi" verilişində qonaq olan Aysun Rusiyada idarə etdiyi məclislərdən danışıb.
O, ilk dəfə Rusiyada toy idarə etmək üçün aldığı qonorarı açılayıb:
"Mən Rusiyaya toya hamıdan baha gedirəm. Bəziləri bütün toyu, mənim yarım saatlıq aldığım məbləğə aparırlar. Nəfəs, Vəfa Türkan, Ülviyəə...hamısı... Onlar ölkə xaricində bütün toyu 6 min dollara oxuyurlarsa, mən 6 min dollardan əlavə, biznesklas təyyarə bileti və otel xərclərini də tələb edirəm. Bunun qarşılığında iki dəfə yarim saatlıq çıxış edirəm. Saat 6-dan 12-yə kimi toyda oturmuram. Amma sonda bütün toyu aparanların aldığı pulu alıram. Ancaq anamın idarə etdiyi toylarda onunla bərabər sonacan axuyuram".








