Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Aytac Babayevanı qətlə yetirməkdə təqsirləndirilən İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prosesdə hökm oxunub. Hökmə əsasən, o, 20 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayevanı bıçaqlayaraq qətlə yetirib./apa
7news.az








