Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində çayxanada adam bıçaqlayan Sübhan Atakişiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə S.Atakişiyev 3 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olduğu üçün o, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, hadisə Qaradağ rayonunda baş verib. S.Atakişiyev çayxanada tanışı Yusif Mehdiyevi əvvəl döyüb, sonra bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən yaralının həyatı xilas edilib./qafqazinfo
7news.Az








