RU
Çayxanalar bağlandı, internet kafeler... - İŞİD hərəkətə keçdi
18:24
547

Çayxanalar bağlandı, internet kafeler... - İŞİD hərəkətə keçdi

Suriyada Rakka əməliyyatlarının başlaması İŞİD terrorçularını hərəkətə keçirib.

Terrorçular şəhərə bütün giriş-çıxışları bağlayıb, sakinlərin sıx toplaşdığı çayxana və internet kafelerin fəaliyyətini dayandırıb.

Xarici mənbələr yazır ki, İŞİD-in belə addım atmasına səbəb Rakkadakı sakinlərini ətraf mühitdən təcrid etmək, onları hadisələrin inkişafından xəbərsiz qoymaqdır. Bu yolla uğursuzluqlarını gizlətməyə çalışan terrorçular, şəhərdə öz istədikləri məlumatların yayılmasını təmin etməyə çalışırlar.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri şəhəri İŞİD-dən azad etmək üçün əməliyyatlara başladığını elan edib.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ