RU
Azad edilmiş ərazilərdə daha 117 mina, 2254 PHS aşkarlanıb
15:40
26

Azad edilmiş ərazilərdə daha 117 mina, 2254 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (30.03.2026 – 05.04.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 83 piyada əleyhinə mina, 34 tank əleyhinə mina, 2254 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2278,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ