RU
Azad edilmiş ərazilərin rezidentləri üçün xammal idxalı gömrük rüsumlarından azad edilir
13:48
18

Azad edilmiş ərazilərin rezidentləri üçün xammal idxalı gömrük rüsumlarından azad edilir

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Gömrük tarifi haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarılıb.

7NEWS.Az-ın xəbərinə görə, qanun layihəsi ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad edilməsini nəzərdə tutur.
Həmin xammal və materialların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ