RU
Azad medianın Azay nöqtəsi
12:27
2938

Azad medianın Azay nöqtəsi

Və yaxud naməlum elektron poçtun məlum ünvanı

Bu ilin aprel ayında təşkilatımızın idarə heyəti yeniliyə imza atmağı qərarlaşdırdı. Əslində bu bir yenilik idi, gənclərin arzularının təcəssümü idi. Ulu Öndərin 10 may tarixində keçiriləcək doğum gününü öz ölkəmizdə deyil, hər hansı bir Slavyan ölkəsində keçirilməsi məqsəd olaraq qarşıya hədəf kimi qoyuldu. Belə bir tədbirin Polşada keçirilmədiyini nəzərə alaraq qərara gəldik ki, elə bu ölkədə edək. Bir çox texniki məsələləri öz hesabımıza həll etməyə çalışsaq da çətinliklərimizin olduğunu yəqin edirdik. Bu səbəbdən də Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına yalnız BİLET PULUNUN ödənilməsi üçün müraciət etdik. Müraciətimizdə, eyni zamanda, polyakların Bakı-2015 oyunları ilə bağlı məlumatlandırılması da yer almışdı. Şuradan aldığımız cavab isə sözün yaxşı mənasında bizi şoka saldı. Müraciətimizlə bağlı subardinasiyaya müvafiq olaraq Şura rəhbərliyinə müraciət olundu. Vaxtımız az, işimiz çox, əlimizdə olan imkanlar isə olduqca məhdud idi. Cavab isə belə oldu. SƏFƏR QRANTI MÜSABİQƏDƏN KƏNAR QRANT OLSUN VƏ TƏDBİRİN YÜKSƏK SƏVİYYƏDƏ KEÇİRİLMƏSİ ÜÇÜN BİLETDƏN ƏLAVƏ DİGƏR TEXNİKİ MƏSƏLƏLƏR DƏ HƏLL OLUNSUN.

Bəli, tədbirimiz nəzərdə tutduğumuzdan da yüksək səviyyədə keçdi. 500-ə yaxın polyaka əyani təbliğat nümunəsi təqdim etdik. Hətta Varşavanın mərkəzi parkında nəzərdə tutulan 1 saatlıq sərgi dostlaşdığımız polyakların dəstəyi ilə bir neçə saat, həm də 2 gün davam etdi.

CƏNABLAR, KİÇİK TƏDBİRLƏR OLMUR, KİÇİK İNSANLAR OLUR!

Yəqin bir çox ağzıgöyçəklər deyəcəklər ki, bu yazını mən sırf həmin dəstəyə görə yazıram. Açığı etriaf edirəm: Bəli, bu yazını mən həmin hadisəyə görə yazıram. Səmimi etiraf edim ki, şahidi olduğum hər hansı bir təşkilata bu formada vətənpərvərlik dərsi keçilsəydi yenə yazardım.

Bir məqamı da qeyd edim ki, Azay Quliyevin heç kimin müdafiəsinə ehtiyacı yoxdur. Azay Quliyev sosial statusuna görə bu ölkədə bir tək Ulu Öndərə və Cənab Prezidentə borcludur. Bu mərhələyə qədərini, bu etimadı isə özü damla-damla, qram-qram, alın təri ilə qazanıb. Bilməyənlər bilsin ki, Azay Quliyev ölkəmizdə Vətədaş Cəmiyyəti quruculuğunda, tək QHT deyil, azad media mühitinin formalaşdırılması kimi demokratik dəyərlər uğrunda mübarizə aparanda indi onun haqqında yazan bəzi media quruluşlarının yaranma ehtimalı belə yox idi.

Əl-qərəz, Həzərat!

Bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və onu sədri Azay Quliyev haqqında mətbuata hər hansı bir qaynaq göstərilmədən şər və böhtan xarakterli material ötürüldü. Şura dərhal “naməlum elektron ünvandan müxtəlif media qurumlarına Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti haqqında yalan, iftira və təxribat xarakterli məlumatlar göndərilib. Kütləvi informasiya vasitələrindən bu məsələ ilə bağlı diqqətli olmaları xahiş olunur” məzmunlu açıqlama yaydı. Səbəb, sosial şəbəkələrdə və bəzi internet mediasında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası haqqında yazılan təxribat xarakterli məlumat idi.

Bu kimi yazılar niyə ortaya çıxdı? Niyə Azay Quliyev?

Əvvəla qeyd edim ki, Azay Quliyev cəmiyyətdə kifayət qədər nüfuza malikdir və onun haqqında yazılacaq istənilən məlumat dərhal gundəmi zəbt edəcəkdir. Bu mənada sifarişçi ölkədə nümunəvi seçki təbliğat kampaniyası keçirən Azay Quliyevin adını hər hansı cinayətdə hallandırmaq gündəmi qəsdən bir nöqtədən digərinə yönəldilməsi ilə nəticələnəcəyini düşünüb. Azad dediyimiz media budurmu? Söz azadlığı budurmu? Uğrunda illərdir vuruşduğumuz mətbuat sevgisi budurmu? Haqqına yazılası bu qədər problemlərlər varkən, kiminsə haqqına girmək zorundayıqmı?

Məşhurlardan birinin çox gözəl deyimi var: XÖŞBƏXTLİKDƏN ZORAKILIN ƏN SON VASİTƏ DEYİL, ƏN SON VASİTƏ ŞANTAJDIR!

Əslində dostlar, Azay Quliyev haqqında naməlum elektron poçt ünvanından daxil olan məlumat, şantaj hər birimizin qapısından, pəncərəsindən evimizə daxil ola bilər, olacaq da. Bu ünvan isə uzaqda deyil, öz aramızdadır, sapı özümüzdəndir...

 

Səbuhi Abbasov

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri,

İnternet-media ekspert

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ