RU
Azad olunan ərazilərdə daha 89 mina aşkarlanıb
13:40
227

Azad olunan ərazilərdə daha 89 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik olan məlumatı açıqlayıb.

ANAMA-dan 7News.Az-a bildirilib ki, oktyabrın 17-dən oktyabrın 22-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 61 piyada əleyhinə mina, 28 tank əleyhinə mina və 367 partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 381 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ