2023-2026-cı illər ərzində ölkə ərazisində daha 15 avtomat hidroloji stansiya quraşdırılacaq.
7NEWS.Az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Müşahidə sistemlərinin təşkili və metodiki təminat şöbəsinin müdiri Əkbər Əsgərov deyib.
O bildirib ki, bunlardan 5-i işğaldan azad olunmuş ərazilərdə inşa ediləcək:
"Həmçinin 2023-2026-cı illərdə ölkə üzrə 22 meteroloji stansiya quraşdırılacaq. İşğaldan azad edilmiş ərazilərdə isə 4 meteoroloji stansiya bərpa olunacaq. Qeyd edim ki, işğaldan əvvəl bu ərazilərdə 9 stansiyamız olub, lakin onların hamısı ermənilər tərəfindən dağıdılıb. Biz onların yerində daha müasir stansiyaların qurulmasına başlamışıq".
7NEWS.Az








