RU
Azad Rəhimov Baronessa və vitse prezidentlə
16:37
1356

Azad Rəhimov Baronessa və vitse prezidentlə

Bu gün Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Böyük Britaniyanın Baş nazirinin ticarət üzrə elçisi Baronessa Nikolsonu və Köln Almaniya İdman Universitetinin vitse prezidenti Prof.Dr. Kristof Bruerini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən 7News.Az-a daxil olan məlumata görə, Baronessa Nikolson ilə görüş zamanı nazir gənclər və idman sahələrində görülən işlər, ölkəmizdə fəaliyyət göstərən Olimpiya İdman Kompleksləri, Gənclər evləri, eyni zamanda, Qeyri Hökumət Gənclər Təşkilatları, hər iki sahədə həyata keçirilən yerli və beynəlxalq layihələr, qarşıda baş tutacaq Formula 1 Grand Prix, Ümumdünya Şahmat Olimpiyadası və digər yarışlar haqda geniş məlumat verib. Azad Rəhimov eyni zamanda, Avropa oyunları çərçivəsində Azərbaycan mütəxəssislərinin ingilis mütəxəssisləri ilə sıx əməkdaşlığından, ingilis idmançıalrının yarışlar zamanı yüksək nəticələrindən də söz açıb.

Qarşılıqlı əməkdaşlıq sahəsinə gəldikdə isə, nazir Azərbaycanın müxtəlif ölkələrin universitetləri ilə həyata keçirdiyi “Mən Azərbaycan haqda nə bilirəm?” layihəsini Böyük Britaniyada da reallaşdırmanın mümkünlüyündən, ümumilikdə gənclərin müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığından, bununla yanaşı idmançıların qarşılıqlı təlim məşq toplantılarına qatılmalarının mümkünlüyündən danışıb, bütün bunların yüksək nəticələr verə biləcəyindən danışıb. Öz növbəsində Baronessa Nikolson iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb, xüsusi ilə, Azərbaycan hökumətinin fiziki qüsurlu insanlar üçün müxtəlif sahələrdə hayata keçirdiyi layihələri, onların Formula 1 Grand Prix-yə cəlb olunmalarını çox yüksək qiymətləndirib, bu sahədə də əməkdaşlığa geniş şəkildə hazır olduqlarını diqqətə çatdırıb.

Köln Almaniya İdman Universitetinin vitse prezidenti Prof.Dr. Kristof Brueri ilə görüşü çərçivəsində nazir Azad Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbərliyində dəyişikliklər edildiyini, akademiyanın təhsil sistemində yeniliklərin nəzərdə tutulduğunu və bu istiqamətdə Almaniyanın Köln universiteti ilə əməkdaşlığın müsbət nəticələr verə biləcəyini qeyd edib.

Azad Rəhimov Baronessa və vitse prezidentlə görüşüb
Azad Rəhimov Baronessa və vitse prezidentlə görüşüb

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ