RU
Azad Rəhimov: Formula 1-in büdcəsi 150 milyon dollardan çox-çox aşağıdır
11:36
666

Azad Rəhimov: Formula 1-in büdcəsi 150 milyon dollardan çox-çox aşağıdır

Formula 1 yarışlarına hazırlıq işləri qaydasında gedir, heç bir problem yoxdur. Çalışırıq ki, yarışlara hazırlıq işlərində Bakı sakinlərinə hər hansı problem yaradılmasın.

7News.Az-ın məlıumatına görə, bunu Gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə deyib.

Nazir qeyd edib ki, 6 km yolun dəyişdirilməsi işləri şəhərdə tıxac yaratmayıb.

Nazir həmçinin əlavə edib ki, Pikstop binası sifariş olunub: "300 metr uzunluğu, 21 metr genişliyi olan 2 mərtəbəli bina hazır vəziyyətdə Bakıya gətiriləcək və Azadılıq meydanında quraşdırılacaq".

Nazir bildirib ki, Formula 1-in büdcəsi 150 milyon dollardan çox-çox aşağıdır: "6 km yolun tikintisinə 12 milyon manat xərclənib. Pikstop binası üçün isə 30 milyon dollar sərf olunacaq".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ