RU
Azad Rəhimov olimpiya məşəlinin alovlandırılması mərasiminə
13:18
1332

Azad Rəhimov olimpiya məşəlinin alovlandırılması mərasiminə

Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov aprelin 21-də Yunanıstanda keçiriləcək XXXI Yay Olimpiya və XIV Paralimpiya Oyunlarının olimpiya məşəlinin alovlandırılması mərasimində iştirak edəcək.

Bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat katibliyindən məlumat verilib.

Olimpiya Oyunlarında açılış günü stadionda yandırılan alov ənənəyə görə, Yunanıstanda yerləşən Olimpiya məbədindən götürülür. Bu münasibətlə Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos nazir A.Rəhimovu Braziliyada keçiriləcək XXXI Yay Olimpiya və XIV Paralimpiya Oyunlarının olimpiya məşəlinin alovlandırılması mərasimində iştirak üçün bu ölkəyə dəvət edib.

Nazir A.Rəhimov eyni zamanda, aprelin 20-də Azərbaycanın Yunanıstandakı səfirliyi tərəfindən təşkil ediləcək ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitabın yunan dilində təqdimat mərasiminə də qatılacaq.

Səfər çərçivəsində həmçinin Yunanıstanın Mədəniyyət və İdman naziri Aristides Baltes ilə də görüş planlaşdırılır.

Görüş zamanı iki ölkə arasında idman sahəsində mövcud əlaqələrin, gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi və Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Yunanıstanın Mədəniyyət və İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun imzalanması nəzərdə tutulur.

Səfər 22 aprel tarixinədək davam edəcək./qafqazinfo

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ