ABŞ-da müalicə alan gənclər və idman naziri Azad Rəhimovun vəfat etməsi ilə bağlı xəbər yayılıb.
Məlumatı dəqiqləşdirmək üçün nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə əlaqə saxladıq.
O bildirib ki, nazirin vəfat etdiyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Lakin hazırda A. Rəhimovun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, Azad Rəhimov ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunur. Nazir yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanıb. /qafqazinfo
***
Unikal.org saytı isə nazirin xəstəxanada vəfat etdiyi barədə məlumat yayıb.








