Azad Suriya Ordusu bizim də dəstəyimizlə Əl-Bab şəhərinə yaxınlaşıb.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.
"Azad Suriya Ordusu bizim də dəstəyimizlə Əl-Bab şəhərinə yaxınlaşıb. Qısa müddət ərzində buradakı əməliyyatın tamamlanması nəzərdə tutulur. Menbiç şəhərinə bizim və ABŞ əsgərlərindən ibarət dəstə göndərilib. YPG-nin Fərat çayının şərqinə keçdiyindən əmin olanadək səylərimizi davam etdirəcəyik”, deyə M.Çavuşoğlu bildirib. /apa
7news.Az








