"Azadlığa çıxan məhkumların cəmiyyətə adaptasiyası ilə bağlı tədbirlər görülür”.
Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov Amnistiya Aktının icrası ilə bağlı keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, amnistiya ilə azadlığa çıxan məhkumların adaptasiya ilə bağlı işlərlə Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyi məşğul olur:
"Bildiyim qədər bu mərkəz Mərəzə qəsəbəsində yerləşir. Reabilitasiya və adaptasiya prosesi çərçivəsində həmin məhkumlar müraciət edərək zəruri yardımlar ala bilərlər.
Eyni zamanda hər bir azadlığa çıxan məhkumun əməkhaqqısının dörd misli qədər yardım edilməsi məsələsi də var. Hər bir məhkum dövlətin diqqət mərkəzində saxlanılır”, deyə o qeyd edib.
7News.Az








