RU
AZAL Almatıya reyslərini ləğv edir
19:37
113

AZAL Almatıya reyslərini ləğv edir

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Qazaxıstanın Almatı şəhərinə həyata keçirməyi planlaşdırdığı reysləri ləğv edir.

7NEWS.Az AZAL-a istinadən xəbər verir ki, bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib.

Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və yaxud pulsuz yenidən rezervasiya təklif olunacaq.

Bakı-Almatı reysləri hər həftənin cümə günləri, Almatı-Bakı reysləri isə hər həftənin şənbə günləri həyata keçirilir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ