RU
AZAL Dubaya loukost reyslərin dayandırılması səbəbini açıqladı
14:42
607

AZAL Dubaya loukost reyslərin dayandırılması səbəbini açıqladı

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Dubaydan Bakıya aşağı büdcəli uçuşları dayandırması ilin bu mövsümündə həmin istiqamətdə tələbatın azalması ilə bağlıdır.

Bunu AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə, böyük sərnişin axınının olduğu Yeni ildə loukost reys bərpa ediləcək.

P.Kəsəmənski qeyd edib ki, Bakı-Dubay marşrutu üzrə adi reyslər normal rejimdə həyata keçirilir./trend

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ