"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
"Azərbaycan Hava Yolları" aviaşirkətindən bildirilib ki, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Bildirilib ki, daha əvvəl bu təyyarə qəza siqnalı verib.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub.
Məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
+++








