RU
AZAL yeni onlayn satış sisteminə keçir
17:10
898

AZAL yeni onlayn satış sisteminə keçir

"Azərbaycan Hava Yolları" QSC (AZAL) yeni onlayn satış sisteminə keçir.

AZAL-dan 7news.Az-a verilən məlumata görə, qurumun rəsmi saytının yenilənməsi və yeni onlayn satış sisteminə keçidlə əlaqədar olaraq, bu gün ərzində www.azal.az saytında aviabiletlərin satışı bölməsində profilaktik işlər aparılacaq.

İşlər başa çatdıqdan sonra yeni tariflər və onların şərtləri ilə bağlı ətraflı məlumat veriləcək.

Qeyd edək ki, öncədən alınmış bütün aviabiletlər əvvəlki kimi qüvvədə qalır.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ