Son ayların əsas müzakirə mövzularından biri "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) həm sərnişindaşıma, həm karqo, həm də digər xidmətlər olduqca biabırcı həddədir.
Qeyd edək ki, prezident İlham Əliyev 13 iyul 2015-ci il
tarixdə Nazirlər Kabinetinin iclasında aviabiletlərin qiymətlərinin azaldılması
ilə bağlı tapşırıqlar versə də, AZAL rəhbərliyi tərəfindən bu sahədə hər hansı
ciddi addım atılmayıb. Düzdür, prezidentin tənqidindən sonra AZAL rəhbəri
Cahangir Əsgərov tariflərin yeni tənzimləmə mexanizminin işlənib hazırlandığını
və bir neçə istiqamət üzrə AZAL-ın aşağı büdcəli sərnişindaşıma xəttinin
(lou-kost istiqamətlər) yaradılacağını açıqladı.Aşağı büdcəli sərnişindaşıma
xətlərindən biri – Bakı-Antalya-Bakı xətti bu ayın əvvəlindən işə düşməli olsa
da, verilən məlumatlar göstərir ki, bu vəd də yerinə yetirilməyib. Hər halda
AZAL-ın xidmətindən istifadə etmiş sərnişinlər deyirlər ki, ucuz bilet almaq
istəsələr də, tapa bilməyiblər. Kassalarda onlara deyiblər ki, bilet yoxdur.
Göründüyü kimi, AZAL rəhbərliyi prezidentin tənqidindən sonra bir necə istiqamət
üzrə qiymətləri aşağı salacağını bəyan etsə də, bunu da yerinə yetirmək istəmir.
Məsələ ondadır ki, Azərbaycanın hava məkanını inhisara alan, ucuz sərnişin
daşımaları ilə məşğul olan aviaşirkətləri ölkəyə buraxmayan AZAL rəhbərliyinin
bu cür qiymət siyasəti yalnız vətəndaşların cibinin soyulmasına deyil, eləcə də,
dövlətə ciddi ziyan vurur.
BİRİNCİSİ: Biletlərin
qiymətinin qonşu ölkələrlə müqayisədə dəfələrlə yüksək olmasıbirinci növbədəAzərbaycana
turistlərin cəlb olunmasına mane olur ki, bunun da çoxsaylı zərərləri var.Belə ki, ölkəyə xarici
valyutanın gəlməsinin qarşısını alır, işgüzar mühiti aşağı salır, bölgələrin
turizm potensialından istifadəyə imkan vermir, xidmət sahəsində maaşalanların gəlirlərinin
aşağı səviyyədə qalmasına səbəb olur, bu sahədən büdcəyə daxl olan vergilərin
minimum səviyədə qalmasına gətirib çıxarır və sair.
İkincisi,AZAL rəhbərliyinin həm
sərnişindaşıma, həm də karqo xidməti üzrə tətbiq etdiyi qiymətlərin yüksək
olması şirkətin potensialından lazımı şəkildə istifadəyə imkan vermir, öz gəlirlərini
də aşağı salır.Belə ki, nəinki region ölkələrinin əhalisi, hətta Azərbaycan
vətəndaşları belə, AZAL-ın xidmətindən imtina edir.
Bu da təbii ki, şirkətin əlavə gəlirlər əldə etməsinə, büdcə öhdəliklərini
artırmağa imkan vermir. Təsadüfi deyil ki, AZAL-ın uzun illərdir ki, büdcəyə
bir qəpik də olsun vəsait ödəmədiyi, ziyanla işlədiyi bildirilir. AZAL iri
vergi ödəyicisi olsa da, büdcə qarşısında öhdəlikləri yerinə yetirmir.Belə
ki, ötən il büdcəyə 29 milyon manat vergi ödənişi nəzərdə tutulsa da, bunun
14,5 milyon manatını yerinə yetirə bilib. Təkcə ötən il büdcə qarşısında təqribən
14 milyon manat borclu qalıb.
Şübhəsiz ki, AZAL-ın sərnişindaşıma və karqo xidməti üzrə tətbiq etdiyi qiymətlərin həddindən artıq yüksək olmasının əsas səbəbi, məhz şirkətdəki korrupsiya, gəlirlərin mənimsənilməsi və lazımsız istiqamətlərdə xərcləmələrlə bağlıdır. Elə son aylar AZAL-ın qiymət siyasətinə qarşı kampaniyanın müəlliflərindən biri olan tanınmış hüquqşünasAslan İsmayılovda bu fikirdədir. O, mediaya son açıqlamasında bildirib ki, AZAL-ın qiymət oyunbazlığı, sadəcə, vətəndaşların aldadılması deyil: "Atılan addımlar AZAL prezidenti Cahangir Əsgərovun öz korrupsiyasını ört-basdır etməyə hesablanıb. Qiymətlərin aşağı salınması görüntüsünü yaratmaq üçün fırıldağa əl atdıvə Moskvaya, Türkiyəyə bir tərəfə təyyarə biletinin qiymətinin 99 avroya endirildiyini bəyan etdi. Məlum oldu ki, belə ”qiymət endirimi” faktiki olaraq əvvəlki bilet qiymətindən baha edir. Yəni bir tərəfə 99 avro, geri dönməyə 99 avro və üstəlik baqaja görə 50 avro ödənilməlidir. Bu barədə yazdıq, onu ifşa etdik. Cahangir Əsgərov elan etdi ki, qiymətləri 30 faiz azaldır. Faktiki isə qiymət azalmayıb. AZAL baha qiymətdən imtina etməyib. Həmin qiymətlərdir”.
Üçüncüsü: "AZAL”ın öz müştərilərinə, ölkəmizə gələn turistləri ilə bağlıdır. Belə ki, təyyarədən enən müştərilərin qabağını kəsən taksi sürücüləri HAVA LİMANIMIZDA BANQLADEŞ MÜHİTinin yaradılması üçün "əllərindən gələni” edirlər. Bəzən bir müştərini qazanmaq üçün 5-6 taksi sürücüsü ciddi şəkildə fiziki mübarizəyə başlayırlar.
Dördüncüsü:Aeroporta qonaq yola salan avtomobillər giriş qapısına qədər buraxılmırlar. Ənənəvi park yerinin son hissəsində dayanan AZAL əməkdaşı giriş qapısınadək irəliləmək istəyən sürücülərdən 5 mAnatdan pul yığır. Bir sözlə AZAL daxilində hər bir əməkdaş öz korrupsiya obyektini inşa edir.
Beşincisi: Dövlət büdcəindən milyonları talayan AZAL həm də avia sahəsini ciddi şəkildə inhisara alıbdır. Məhz yeni aviaşrkətlərin ölkəmizə gətirilməsi, daha ucuz qiymətə daha yüksək xidmət təklif etməsi bu sahədə olan boşluğu aradan qaldıra bilər.








