RU
“Azarkeş mənə əl qaldırsaydı, onu vuracaqdım” - Rəhman Hacıyev
12:22
978

“Azarkeş mənə əl qaldırsaydı, onu vuracaqdım” - Rəhman Hacıyev

"Düzdü, məğlub olduq. Ancaq pis oynadığımızı düşünmürəm. Neçə oyundu məğlub oluruq. Uduzmaq bizə çox pis təsir edir. Bu atmosferdən çıxmaq lazımdı. Biz bu vəziyyətə özümüz düşmüşük, özümüz də çıxmalıyıq”. "

7News.Az xəbər verir ki, bu sözlər "Neftçi”nin futbolçusu Rəhman Hacıyevə məxsusdu.

"Qarabağ”a məğlubiyyətdən sonra açıqlama verən futbolçu rəqibə taktiki cəhətdən məğlub olduqlarını deyib: "Rəqibə taktiki cəhətdən məğlub olduq. Gördünüz ki, ilk qolu uzaqdan vurulan zərbə sayəsində qapımızdan keçirdilər. İkinci qolda isə keçidlər etdilər və vurdular. Biz 1:0 hesabı ilə məğlub olanda qol vurmaq istəyirdik, ona görə də futbolçular mövqelərini itirmişdilər. Məncə, ikinci qolu da ona görə buraxdıq”.

"Neftçi”nin futbolçusu Katalin Tira həmin oyununun son dəqiqələrində meydançaya çıxan azarkeşi döyüb. Həmin epizoda yaxın olan Hacıyev hadisə haqda bunları deyib: "Xoşagəlməz hadisədi. Mən də bilmirəm nə baş verdi. Gördüm ki, azarkeş üstümə gəlir. Biz istəməzdik ki, belə olsun. Mən azarkeşin üstünə getsəydim, o, mənə əl qaldırsaydı, onu vuracaqdım və xoşagəlməz hadisə yaşanacaqdı. Tira da qorxdu, elə bildi ki, onun üzərində yad əşya var, ona görə də belə hərəkət etdi. İstənilən halda, düzgün addım deyildi”./qafqazinfo

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ