RU
Azarkeşlər AZAL-ın futbolçusuna yumurta atdılar
19:17
781

Azarkeşlər AZAL-ın futbolçusuna yumurta atdılar

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Qəbələ" doğma azarkeşləri önündə AZAL-ı qəbul edir.

Birinci hissə başa çatandan sonra xoşagəlməz anlar yaşanıb.

Komandalar soyunub-geyinmə otağına yollananda "Qəbələ"nin bir qrup azarkeşi tərbiyəsiz hərəkəti ilə yadda qalıb. Belə ki, "qırmızı-qaralar"ın fanatı AZAL-ın futbolçusu İlqar Ələkbərova yumurta atıblar. Ələkbərova doğru atılan yumurta ondan yan keçib.

Məsələ burasındadı ki, tərəflərin Premyer Liqa çərçivəsində Bakıda keçirilən oyununda İlqar Ələkbərov "Qəbələ"nin futbolçusu Filip Ozobiçi yerdə olarkən vurmuşdu. Görünür, azarkeşlərin xoşagəlməz davranışı da bundan qaynaqlanır.

Bu xoşagəlməz hərəkətə görə "Qəbələ"nin cəzalanacağı istisna deyil.//futbol11.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ