RU
Azay Quliyev AŞPA, ATƏT PA, AP və  DTİHB-nun seçkilər üzrə xüsusi  əlaqələndiricisi təyin olunub
20:31
390

Azay Quliyev AŞPA, ATƏT PA, AP və DTİHB-nun seçkilər üzrə xüsusi əlaqələndiricisi təyin olunub

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev  Qırğızıstan Respublikasında keçiriləcək prezident seçkilərini ATƏT-in seçki missiyasının xüsusi koordinatoru qismində müşahidə etmək üçün oktyabrın 10-da bu ölkəyə səfər edəcək. (http://meclis.gov.az/?/az/news/view/3819/)
Azay Quliyev bu ilin avqustun 9-da ATƏT-in sədri və Avstriya Respublikasının xarici işlər naziri Sebastian Kurz tərəfindən 15 oktyabrda Qırğızıstanda keçiriləcək prezident seçkilərində beynəlxalq müşahidə missiyasına rəhbərlik etmək üçün ATƏT-in seçki missiyasının xüsusi koordinatoru vəzifəsinə təyin edilib. O, xüsusi koordinator kimi Avropa Şurasının Parlament Assambleyasını, ATƏT-in Parlament Assambleyasını, Avropa Parlamentini və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edən  400-dən artıq beynəlxalq müşahidəçinin fəaliyyətini əlaqələndirəcək.
 ATƏT-in seçki missiyasının xüsusi koordinatoru Azay Quliyev səsvermə gününə kimi Qırğızıstanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, seçkilərdə iştirak edən namizədlər və siyasi partiyaların rəhbərləri, o cümlədən QHT və KİV təmsilçiləri ilə görüşlər keçirəcək, seçkiqabağı vəziyyətlə ətraflı tanış olacaq.
Oktyabrın 15-də isə deputatımız seçki məntəqələrində səsvermənin gedişini və səslərin hesablanması prosesini   müşahidə edəcək. 
Oktyabrın 16-da ATƏT-in seçki missiyasının xüsusi koordinatoru Azay Quliyev prezident seçkilərinin yekununa dair digər beynəlxalq təşkilatların iştirakı ilə mətbuat konfransı keçirəcək,  Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə ilkin rəyini açıqlayacaq  və jurnalistlərin suallarını cavablandıracaq. 
Səfər oktyabr ayının 17-i yekunlaşacaq.
 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ