RU
Azay Quliyev: “Cənab prezident bədxahlara sözlə yox, atdığı addımlarla cavab verdi”
01:02
670

Azay Quliyev: “Cənab prezident bədxahlara sözlə yox, atdığı addımlarla cavab verdi”

Millət vəkili, Prezident Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Azərbaycanın Avropa institutları ilə münasibətlərini korlamağa çalışan qüvvələrlə bağlı musavat.com-un əməkdaşının sualına cavab verib. 

Azay Quliyev "Azərbaycanın Avropa institutları ilə münasibətlərini korlamağa çalışan bəzi qonşu ölkələrin və erməni lobbisinin Avropa Parlamentindəki son fəaliyyətinə niyə bu dəfə rəsmi səviyyədə münasibət bildirilmədi" sualını cavablandırarkən deyib:
"Məncə buna lüzum yoxdur, çünki Azərbaycanın Prezidenti cənab İlham Əliyev bu bədxahlara sözlə yox, son 3 gündə atdığı addımlarla cavab verdi”. Həmin addımlara gəlincə, A.Quliyev onları aşağıdakı şəkildə sıraladı: "Birinci, Avropa İttifaqı ilə Strateji Saziş haqqında sənədin müzakirəsinə start verdi.  2. Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan Aleksandr Lapşini Bakıya ekstradisiya etdi. 3. Döyüş əməliyyatları zamanı xüsusi şücaət göstərən şəhidimiz Çingiz Qurbanovun nəşini Ermənistandan geri alaraq ona Milli Qəhrəman adı verdi. Bu addımlar bədxahların bütün arzularını gözündə qoydu”.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ