ATƏT PA-nın Seçki Müşahidə Missiyasının rəhbəri Azay Quliyev bu gün Makedoniyanın paytaxtı Skopyedə mətbuat konfransı keçirərək 11 dekabr parlament seçkilərinin nəticələri barədə bəyanatla çıxış edib.
7News.az xəbər verir ki, Azay Quliyev onlara həvalə
edilən mandat daxilində hər hansı problem olmadan və effektiv fəaliyyət göstərdiklərini
deyib: "Apardığımız müşahidələrin nəticələrinə əsasən, xüsusi kordinator
Roberto Battellininsöylədikləri ilə həmfikirəm. Müşahidələr əsasən müsbət
və bəzi hallarda qeyri-müsbət məqamlarla xarakterizə olunan qarışıq mənzərəni
göstərdi. Misal üçün, biz, vaxt azlığı şəraitində "seçki mexanizminin”
yaxşılaşdırılması istiqamətində konkret addımların və səylərin atılmasını
gördük. Buna nail olmaq istənilən ölkədə çətindir. Bununla belə, irəliləyiş
qeydə alındı. "Seçki mexanizminə” aid əsas çətinliklər o cümlədən Dövlət Seçki
Komissiyasının fəaliyyəti ilə bağlıdır. Digər müsbət məqamlar seçicilərin
qeydiyyatı, şikayət və apellyasiya proseduru ilə bağlıdır. Qeyd olunan istiqamətlər
üzrə əldə olunan irəliləyiş davam etməlidir. Media, seçkilərin təşkili, məhkəmə
sistemi kimi vacib sahələr üzrə əldə olunan irəliləyiş aşağı səviyyədə olub və
hansı bunlar Przino Anlaşmasında da nəzərdə tutulmuşdu.
Seçki günündə yüksək seçici fəallığının olduğunu vurğulayan Azay Quliyev bu
halın seçicilərin ölkədə uzun müddətdir ki, davam edən siyasi böhrana son
qoyulmasını istədiklərinin, eləcə də ölkələri və gələcək nəsillər üçün daha
yaxşı gələcək arzuladıqlarının göstəricisi olduğunu bildirib: "Mən siyasi gücləri
və bütün maraqlı tərəfləri seçicilərin bu açıq səsinə qulaq asmağa çağırıram,
çünki onlar cəmiyyətin gözləntisinə hörmətlə yanaşmalıdırlar. Müsbət məqamlar və
qazanılan nəticələr ümumiləşdiriləcək davamlı mexanizmə çevrilməlidir. Bir az əvvəl
qeyd etdiyim ki, xüsusilə media və məhkəmə hakimiyyəti sahəsində mövcud olan
çatışmazlıqların aradan qaldırılması və bu sahələrdə köklü islahatların
aparılması istiqamətində aidiyyatı qurumlar iş görməlidirlər. Bu cəmiyyətin
bütün sektorları arasında qarşılıqlı inam və etibarlığın möhkəmləndirilməsinə
kömək edəcək. Nəhayət, ən əsası, siyasi güclər iddia etdikləri kimi sahib
olduqları siyasi müdrikliyi nümayiş etdirməlidirlər”.
ATƏT-in vitse-prezidenti Azay Quliyev siyasi güclərin əldə olunmuş proqresin
itirilməməsi üçün daxili və xarici siyasət prioritetləri üzərində mövqelərini
yaxınlaşdırmasının vacibliyini qeyd edib: "Yekunda, mən bir daha vurğulamaq istərdim
ki, indi məsuliyyət siyasi partiyaların üzərinə düşür. Vətəndaşların səsi
eşidilməlidir. Gözlənilən bu addım siyasi partiyaların əldə etdikləri
mandatından düzgün istifadə edilməsi və bizim tövsiyyələrimizin həyata keçirilməsi
kimi qiymətləndiriləcək”.
7News.az








