RU
Azay Quliyev seçiciləri ilə görüşəcək
11:54
357

Azay Quliyev seçiciləri ilə görüşəcək

18 yanvar saat 15:00-da Milli Məclisə 8 saylı birinci Binəqədi seçki dairəsindən seçilən deputat Azay Quliyevin seçicilərilə növbəti görüşü keçiriləcək.

Bu barədə millət vəkilinin köməkçisi Xəlil İsmayılov məlumat verib. O bildirib ki, arzu edənlər görüşdə iştirak edə bilərlər.

Görüş Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, Heydər Əliyev adına istirahət parkının yanında yerləşən Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının inzibati binasında keçiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ