Sosial mediada deputat, ATƏT Parlament Assambleyasının vitse-prezidenti, QHT Şurasının sədri Azay Quliyevlə bağlı qızğın müzakirə və mübahisələr gedir.
7News.az xəbər verir ki, əməkdar jurnalist, hüquq müdafiəçisi Azər Həsrət də məsələyə sərt münasibət bildirib. Yayılan məlumatların məqsədli şəkildə həyata keçirildiyini deyən A.Həsrət
Azay Quliyevin nə səbəbə və kimlər tərəfdən hədəfə alındığına aydınlıq gətirib: "Bir də sual edilir ki, niyə Azay Quliyev hədəfə alınır? Yaxud da onu kimlər hədəfə alır? Bu iki sualın çox sadə cavabı var. Azay Quliyevi o kəslər hədəfə alır ki, onlar da bu şəxs kimi müxtəlif vəzifələrdədir, deputatdır, amma adları heç bir abırlıdəftərdə keçmir. Belələri də Azay Quliyev kimi xaricə səfərlər edir, beynəlxalq tədbirlərə qatılır, amma onun kimi fəal ola bilmirlər. Getdikləri ölkələrdə, tədbirlərdə ağızlarına su alıb dururlar, Azərbaycan adına heç bir hərəkətlərilə diqqət çəkmirlər və Azay Quliyev örnəyinin qarşısında sadəcə məhv olurlar. Özləri belə örnək ola bilmədikləri üçün Azay Quliyevi gözdən salmağa çalışırlar. Amma gerizəkalı olduqları üçün burda da hesabları düz çıxmır: ictimai rəy onların adlarını bilməsə də ən azından şifahi şəkildə özlərinə qarşı çevrilir, üstəlik Azay Quliyevə rəğbət artır. Ona görə də bu dayaz, yarımçıq, gerizəkalılara çağırış etmək istərdim ki, lütfən, parlamentdə, müxtəlif nazirliklərdə tutduğunuz kürsüləri boşaldın, layiq olanlar iş başına gəlsin.”








