Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında dava düşüb.
Aktyor Hikmət Rəhimovla rejissor köməkçisi Vüqar Məmmədov arasında yaranmış mübahisə davaya çevrilib. Bildirilir ki, dava nəticəsində V.Məmmədov xəsarət alıb.
Əldə etdiyimiz məlumata görə, teatrın direktoru Azərpaşa Nemətov da hikmət Rəhimovla yola getmir. Hətta direktor bir neçə dəfə aktyoru işdən uzaqlaşdırmaq istəsə də, bu mümkün olmayıb.
Qeyd edək ki. Vüqar Məmmədov əfsanəvi xalq artisti Mehdi Məmmədovun oğludur./olke,Az
7news.Az








