RU
“AzDrama”da koronavirusa yoluxma artdı, teatr bağlandı
16:43
263

“AzDrama”da koronavirusa yoluxma artdı, teatr bağlandı

Akademik Milli Dram Teatrı koronovirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.

7News.Az xəbər verir ki, bu barədə axşam.az-a teatrın mətbuat katibi Cavid Zeynallı məlumat verib.

Onun sözlərinə görə, son günlər teatrın əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb:

"Belə ki, yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub. Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınır, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılır".

Zeynallı bildirib ki, həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ