RU
Azər Qasımov: Prezidentin Cəmiloğlu və Çubarovla görüşü olmayıb
20:18
883

Azər Qasımov: Prezidentin Cəmiloğlu və Çubarovla görüşü olmayıb

“Bunu hər hansı görüş adlandırmaq olmaz”.

Bu gün bəzi media orqanlarında İstanbulda Azərbaycan prezidenti İlham Əliyevin Krım tatarlarının liderləri Mustafa Cəmiloğlu və Refat Çubarovla görüşü olması barədə məlumat yayıb.

Bu məlumata münasibət bildirən Azərbaycanın Prezidentinin mətbuat katibi Azər Qasımov 7news.Az-a açıqlamasında deyib:

“Bəli, bu gün İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının sessiyasında fasilə zamanı Azərbaycan prezidenti çay içərkən Cəmiloğlu və Çubarov prezidentə yaxınlaşaraq özlərini təqdim ediblər. Beləliklə, bunu hər hansı görüş adlandırmaq olmaz”.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ