"Rusiyanın Suriyadakı marağı beynəlxalq, geosiyasi konfliktlərlə bağlıdır".
Bu fikirləri açıqlamasında ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev Rusiyanın Suriyanın ardınca hədəfinin Azərbaycan olması təhlükəsinin nə dərərcədə real olmasını barədə danışarkən deyib.
Onun sözlərinə görə, Yaxın Şərqdə tarixən Rusiyanın mövqeyi daha güclü olub: "Lakin son 20 ildə Rusiya öz mövqelərini itirməkdə davam edir. Burada eyni zamanda iqtisadi maraqlar, neft faktoru da var. Yaxın Şərq ölkələrinin Rusiyanın nəzarətindən çıxması təbii ki, beynəlxalq konfliktlərin dərinləşməsi ilə nəticələnəcəkdi. Belə olan təqdirdə Rusiyanın Suriyadan asan şəkildə imtinası həm də bu ökənin beynəlxalq imicinin düşməsi ilə nətiələnə bilərdi".
"Rusiya son 3 ildə sırf gücgöstərmə siyasəti yürüdür. Böyük iqtisadi itkilər hesabına həyata keçirilən bu siyasət bütün Avropanın nizamını pozmaqda davam edir. Bütün bunlar bir daha göstərir ki, Rusiyanın Suriyadakı maraqları ABŞ-ın Yaxın Şərq planının pozulması ilə əlaqədardır. Bu baxımdan Rusiyanın Azərbaycana daxilolması, hərbi müdaxiləsi barədə deyilənlər sadəcə olaraq cəfəngiyyatdır. Azərbaycan bütün dünya ölkələri ilə tarazlı siyasət yürüdür. Rusiya ilə əlaqələrimiz isə hər iki tərəfi qane edəcək səviyyədə inkişaf edir". /sia.az
7News.Az








