Bugünlərdə mətbuatda Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev Rusiya və İranın iştirakı ilə böyük müharibənin yarana biləcəyini açıqlayıb.
O, həmçinin qeyd edib ki, Türkiyə küncə sıxılmış vəziyyətdədir. Qərb isə Türkiyəyə dəstəyinə zəmanət verə bilmir. İranın, daha da pisi Rusiyanın iştirakı ehtimal olunan böyük müharibənin yaranma riski var. Məsələylə bağlı açıqlama verən ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev Türkiyənin regionda öz maraqlarını qoruduğunu, eyni zamanda ərazi bütövlüyünü təmin etmək siyasəti yürütdüyünü bildirib:
“Hesab edirəm ki, hər kəs proseslərə öz siyasi baxış prizmasından yanaşır. Rusiya birmənalı şəkildə spekulyasiya yaratmaqdan əl çəkmir. Son proseslər onu göstərdi ki, bu siyasi gərginliklərin əsas oyunçuları Rusiya və Türkiyədir. İran isə hələ ki, proseslərdən qalib kimi çıxan tərəfdir. Lakin Qərbin rus-türk gərginliyi fonunda iqtisadi tənəzzülü dərinləşdirmə siyasəti hər iki dövlətə ciddi ziyan vurmaqda davam edir”.
7News.Az








